Rəvançi: ABŞ la sabah razılaşma ola bilər, əgər...

12.04.2025

Icma.az, Axar.az portalına istinadən məlumat verir.

ABŞ tərəfi nüvə məsələlərindən başqa mövzuları gündəmə gətirməsə və təhdidləri bir kənara qoysa, sabah Omanda ABŞ ilə danışıqlarda razılığın əldə olunması ehtimalı yüksəkdir.

Axar.az Teleqraf-a istinadən xəbər verir ki, bunu İran xarici işlər nazirinin müavini Məcid Təxt Rəvançi "İRNA" agentliyinə deyib.

“Keçmişdə olduğu kimi, İran sülhməramlı nüvə proqramını müzakirə etməyə hazırdır və bu məsələni son bir neçə aydır Çin, Rusiya və üç Avropa ölkəsi ilə müzakirə edir.

Amerika tərəfi aktual olmayan mövzu və tələbləri gündəmə gətirməsə və təhdidlərdən əl çəksə, razılığa gəlmək ehtimalı yüksəkdir. İran qarşılıqlı hörmətə əsaslanan dialoqa inanır və hər cür təhqiri rədd edir"- Rəvançi sabah Omanda keçiriləcək nüvə müzakirələri ilə bağlı deyib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью