Rəvanla kimin işi rəvan olacaq?

16.02.2025

Icma.az bildirir, Footbal-plus portalına istinadən.

"Neftçi" bu gün doğma meydanda "Qarabağ"la üz-üzə gələcək. Matçın baş hakimi Rəvan Həmzəzadədi.

Şəkili ədalət təmsilçisi cari mövsümdə “ağ-qaraların” 1, “köhlən atlar”ın 3 oyununu idarə edib. Misli premyer-liqasının 13-cü turunda “Şamaxı”nı qəbul edən “Neftçi” “şirlər”lə heç-heçə etmişdi (2:2). Həmin matçda “ağ-qaralar”ın 2 futbolçusu “sarı” alıb. Premyer-liqanın 10-cu turunda - “Qarabağ”ın “Kəpəz”i darmadağın etdiyi (5:0) matçda Rəvan bəy ağdamlıların cəmi 1 futbolçuna sarı vərəqə göstərib.
Daha sonra premyer-liqanın 18-ci turu çərçivəsində keçirilən “Qarabağ” - “Araz-Naxçıvan” matçını (2:0) da Rəvan Həmzəzadə idarə edib. Referi bu dəfə də “köhlən atlar”ın 1 futbolçusuna sarı göstərib.
Nəhayət, 21-ci tur çərçivəsində keçirilən “Zirə” - “Qarabağ” matçı da Rəvan Həmzəzadəyə tapşırılmışdı. Həmin qarşılaşmada referisi ağdamlıların 2 futbolçusuna sarı vərəqə göstərib, ağdamlıların 2:3 hesablı məğlubiyyətini qeydə alıb.
ƏSƏD SEYİDOV

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью