Icma.az, Cebheinfo portalına istinadən məlumatı açıqlayır.
“Çiçəklənən Ermənistan” partiyasının lideri Qaqik Tsarukyanın malikanəsindəki şirlər, pələnglər, timsahlar və qu quşları İrəvan zooparkına aparılıb.
“Cebheinfo.az”-ın məlumatına görə, Tsarukyana qarşı açılan cinayət işi çərçivəsində görülən tədbirlər nəticəsində heyvanlar saxlanılmaq üçün İrəvan Zooparkı Dövlət Qeyri-Kommersiya Təşkilatına təhvil verilib. 3 şir, 4 pələng, 9 timsah və 13 qu quşunun zooparka köçürüldüyü xəbər verilir.
Heyvanların vəziyyəti qənaətbəxşdir, onlara lazımi şərait yaradılıb, nəzarət və qayğı altında saxlanılır. Qu quşları karantin və təcrid zonalarında yerləşdirilib. Timsahları hazırda xüsusi ayrılmış ərazidə görmək mümkündür.
Xatırladaq ki, iyulun 6-sı səhər saatlarında Ermənistan Milli Təhlükəsizlik Xidmətinin xüsusi təyinatlı qüvvələrinin əməkdaşları Qaqik Tsarukyanın malikanəsinə basqın edərək onu həmin axşam saxlayıblar.
Tsarukyanın evindən 190 heyvan müqəvvası, 3 şir və bir pələng müsadirə edilərək maddi sübut kimi götüqrülüb. Dişi şirlər yuxuya getdikdən sonra oyanmayıb və buna görə heç kim məsuliyyətə cəlb edilməyib.Qaqik Tsarukyan təbiətə 80 min dollar məbləğində ziyan vurmaqda ittiham olunur.
Ermənistanın Dövlət Gəlir Komitəsi “Çiçəklənən Ermənistan” partiyasının sədri Qaqik Tsarukyanın “Firon” əyləncə kompleksini 82 milyon dram (212 min dollar) məbləğində vergidən yayınmaqda ittiham edib.
Dövlət Gəlirləri Komitəsinin hesabatında qeyd edilir ki, 2025-2026-cı illərdə keçirilən ziyafətlər nəticəsində “Onira Club” şirkətinin (“Şanqri La” kompleksini və kazinonu idarə edən) gəliri təxminən 300 milyon dram təşkil edib. Lakin bu, vergi hesabatlarında əks olunmayıb.
Nəticədə, müstəntiqlərin sözlərinə görə, büdcəyə təxminən 82 milyon dram ödənilməyib. Qeyd edilən faktla bağlı cinayət işi açılıb.
Müşfiq Abdulla
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin