Rey Manay Əl Şarja ya transfer olub

30.07.2025

Mia.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Birləşmiş Ərəb Əmirliklərinin “Əl-Şarja” komandası “Sivasspor”da çıxış edən Rey Manayla anlaşıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə "Əl-Şarja" klubu rəsmi sosial media hesablarından açıqlama yayıb.

Bildirilib ki, futbolçu ilə 2 illik müqavilə imzalanıb.

“Sivasspor”un heyətində ümumilikdə 63 matçda forma geyinən alban hücumçu 34 qol vurub və 8 məhsuldar ötürmə edib.

Fərid

MİA.AZ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью