Icma.az bildirir, Fanat saytına əsaslanaraq.
"Beşiktaş" Şotlandiyanın "Reyncers" klubunda çıxış edən Nikolas Raskin üçün növbəti rəsmi təklifini göndərib.
Fanat.Az tanınmış insayder Yağız Sabunçaoğluna istinadən xəbər verir ki, Şotlandiya təmsilçisi belçikalı yarımmüdafiəçi üçün edilən son müraciəti də qəbul etməyib.
"Reyncers" rəhbərliyi 23 yaşlı futbolçunu satmaq niyyətində olmadığını qarşı tərəfə bildirib.
İstanbul klubu isə yarımmüdafiə xəttini gücləndirmək üçün alternatvləri nəzərdən keçirməyə başlayıb.