“Reyncers” “Fənərbağça” oyununa necə baxaq?

13.03.2025

Idmanxeber.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bu gün UEFA Avropa Liqasının 1/8 final mərhələsinin cavab oyunlarına start verilir.

İdmanxeber.az-ın məlumatına görə, Türkiyənin turnirdəki yeganə təmsilçisi “Fənərbağça” səfərdə “Reyncers”lə qarşılaşacaq.

Şotlandiyanın Qlazqo şəhərində keçiriləcək və Bakı vaxtı ilə saat 00:00-da başlayacaq qarşılaşma dünyanın bir çox telekanalında canlı yayımlanacaq. Ölkəmizdə bu görüşü CBC Sport kanalı, Türkiyədə isə TRT 1 birbaşa nümayiş etdirəcək.

Qeyd edək ki, tərəflər arasında ilk matçda “Reyncers” 3:1 hesabı ilə qələbə qazanmışdı.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью