Reyncers in azarkeşi İstanbulda vəfat etdi

06.03.2025

Qol.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

UEFA Avropa Liqasının 1/8 finalında "Fənərbaxça" ilə səfərdə qarşılaşacaq "Reyncers"in azarkeşi İstanbulda vəfat edib.

QOL.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Şotlandiyalı azarkeş yol-nəqliyyat hadisəsi zamanı dünyasını dəyişib.

Həm "Reyncers", həm də "Fənərbaxça" bu faciəvi hadisə ilə bağlı sosial şəbəkə hesablarında paylaşım edərək mərhumun yaxınlarına başsağlığı veriblər. 

Qeyd edək ki, bu gün keçiriləcək "Fənərbaxça" - "Reyncers" matçı Bakı vaxtı ilə saat 21:45-də start götürəcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью