“Reyncers”dən gənc serb həmləsi

23.07.2026

Icma.az, futbolpress-az saytına istinadən bildirir.

“Reyncers” “Partizan”ın yarımmüdafiəçisi Vanya Draqoyeviçi heyətinə qatıb.

Futbolpress.az xəbər verir ki, Şotlandiya klubu 20 yaşlı serbiyalı futbolçu ilə “3+1” şərti ilə 4 illik müqavilə imzalayıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

“Transfermarkt” portalı keçidin 5.5 milyon avroya baş tutduğunu açıqlayıb. Gənc dayaq yarımmüdafiəçisi yeni komandasında 22 nömrəli formanı geyinəcək.

Draqoyeviç “Partizan”ın heyətində keçirdiyi 52 rəsmi matçda 4 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb. O, Serbiya millisinin formasını 2 oyunda geyinib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью