Icma.az, Marja.az portalına istinadən məlumat verir.
"S&P Global Ratings" Brent markalı neftin orta qiyməti üzrə proqnozlarını açıqlayıb.
Marja.az xəbər verir ki, proqnoza əsasən, Brent markalı neftin qiyməti 2024-cü ildə 80 dollar səviyyəsində olduğu halda, 2025-ci ildə 67 dollar, 2026-cı ildə 60 dollar, 2027-ci ildə isə 65 dollar səviyyəsinə enəcək. Bu, gələcək üç ildə neft bazarında tədricən qiymət azalması tendensiyasına işarə edir.
"S&P Global Ratings"in hesabatına görə, Azərbaycan üzrə inflyasiya səviyyəsinin isə 2025-ci ildə 6%, 2026-cı ildə 4,5%, 2027-ci ildə isə 4% olacağı gözlənilir.