Icma.az, futbolpress-az portalına istinadən məlumat yayır.
FIFA milli komandaların reytinqini açıqlayıb.
Futbolpress.az xəbər verir ki, Azərbaycan yığması ötən siyahı ilə müqayisədə iki pillə geriləyib. Milli 1132 xalla 126-cı sırada qərarlaşıb.
Azərbaycan yığması bu ay yoldaşlıq oyununda Maltaya uduzub (0:2), San Marinoya isə qalib gəlib (2:1).
Reytinq cədvəlinə Argentina başçılıq edir. “Tanqoçular” 1877.27 xalla birinci sıradadır.