Reytinq cədvəlində mövqeyimiz dəyişməyib

12.12.2024

sport24.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Ölkələrin UEFA reytinqi açıqlanıb. Sport24.az xəbər verir ki, Çempionlar Liqasının Liqa mərhələsinin VI turunun ikinci, Avropa Liqasında isə birinci oyun gününün matçlar bəzi xal dəyişikliklərinə səbəb olub.

Lakin ölkələrin mövqelərində yerdəyişmə olmayıb. Azərbaycan 19,625 xalla Avropada 27-ci pillədə qalıb.

Cari mövsümün qazancı 2,875-ə bərabərdir. Ölkə reytinqi üçün "Zirə" və "Qarabağ" 1,250, "Sabah" 0,250, "Sumqayıt" 0,125 xal əldə edib.

Qeyd edək ki, cədvələ İngiltərə başçılıq edir – 98,249 xal.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью