Reytinqdə 210 yığma arasında 117ci yerdəyik

28.11.2024

Icma.az bildirir, sport24.az saytına əsaslanaraq.

Milli komandaların FİFA reytinqi açıqlanıb. Sport24.az xəbər verir ki, cədvəldə dünyanın 210 yığması yer alıb.

Azərbaycan millisi 117-ci pillədə qərarlaşıb. Fernandu Santuşun yetirmələrinin 1158,70 xalı var. Komandamız ötən cədvəllə müqayisədə 3,10 xal itirib. Buna Millətlər Liqasının qrup mərhələsinin son iki turundakı uğursuzluqlar səbəb olub. Evdə Estoniyanı məğlub edə bilməyən (0:0) millimiz İsveç səfərində 6 cavabsız qolla uduzub. Bu xal itkisinə baxmayaraq, bir pillə irəliləyib.

Qeyd edək ki, cədvələ Argentina millisi başçılıq edir - 1867,25 xal.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью