Reytinqdə mövqeyimiz dəyişməyib

05.03.2025

sport24.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Çempionlar Liqasının 1/8 final mərhələsinin dünən baş tutan 4 oyunundan sonra UEFA reytinqi açıqlanıb. Sport24.az xəbər verir ki, cədvəldə yerdəyişmə olmayıb.

Qitəmiqyaslı turnirlərdə təmsilçisi qalmayan Azərbaycanın mövqeyi dəyişməyib. 28-ci pillədə olan ölkəmizin hesabında 19,625 xal var. Cari mövsümün qazancı 2,875-ə bərabərdir. Ölkə reytinqi üçün "Zirə" və "Qarabağ" 1,250, "Sabah" 0,250, "Sumqayıt" 0,125 xal əldə edib.

Qeyd edək ki, cədvələ başçılıq edən İngiltərənin 107,196 xalı var.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью