Reyunyon: Çikunqunya epidemiyasından ölənlər var

07.04.2025

Icma.az bildirir, Azertag portalına istinadən.

Paris, 7 aprel, AZƏRTAC

Hind okeanında yerləşən Fransanın dənizaşırı ərazisi Reyunyon adasında çikunqunya epidemiyası narahatlıq doğurub. Adada “pələng” adlanan ağcaqanadlar tərəfindən yayılan epidemiyadan ölüm halları qeydə alınıb.

AZƏRTAC xəbər verir ki, Regional Səhiyyə Agentliyinin məlumatına görə, vəziyyət kritikdir və həftədə 10 mindən çox yoluxma baş verir. Epidemiya pik nöqtədədir.

Xəstəxanalardakı gərginliyi idarə etmək üçün ağ plan - müəyyən əməliyyatların ləğv edilməsinə və ya məzuniyyətdə olan xəstəxana işçilərinin geri çağırılmasına imkan verən sistem işə salınıb.

Epidemiyanın adanın cənubunda başladığı və böyük infeksiya qruplarının olduğu, xəstəxanalarda çarpayıların kifayət qədər olmadığı bildirilir.

Artıq iki nəfərin pələng ağcaqanadının yoluxdurduğu virusdan öldüyü və yarısı körpələrdən ibarət olan 31 ağır yoluxma hadisəsi rəsmən qeydə alınıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью