Rezidentura təhsilində 56 ixtisas üzrə həkim hazırlığı davam edir

16.05.2025

Icma.az, Apa.az saytına istinadən bildirir.

2011-ci ildən etibarən Azərbaycanda ali tibb təhsilinin rezidentura səviyyəsi tətbiq olunur. Hazırda 56 ixtisas üzrə həkim-mütəxəssislərin hazırlanması həyata keçirilir.

APA xəbər verir ki, Milli Məclisin plenar iclasında çıxış edən Səhiyyə naziri Teymur Musayev deyib.

Nazir qeyd edib ki, rezidentura təhsil proqramlarının müddəti ixtisasdan asılı olaraq 2 ildən 5 ilə qədər dəyişir. Onun sözlərinə görə, Nazirlər Kabinetinin 2013-cü il 21 noyabr tarixli qərarına əsasən, dövlət sifarişi ilə rezidentura təhsili alan şəxslər 3 il müddətində Səhiyyə Nazirliyinin göndərişi ilə dövlət səhiyyə müəssisələrində fəaliyyət göstərməlidirlər.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью