Rezidenturaya boş qalan plan yerlərinə ixtisas seçimi elan edilir

08.09.2026

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakı, 8 sentyabr, AZƏRTAC

Sentyabrın 8-dən 10-dək rezidenturaya boş qalan plan yerlərinə ixtisas seçimi elan edilir.

Bu barədə AZƏRTAC-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib.

2026/2027-ci tədris ili üçün rezidenturaya qəbul planı ümumilikdə 950 yerdən ibarət olub. Onlardan 82 yer ATU-nun Hərbi tibb fakültəsinin məzunları üçün və 40 yer İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının məzunları üçün nəzərdə tutulub.

Artıq əsas yerləşdirmədən sonra qəbul olanların qeydiyyatı başa çatıb. Rezidenturaya qəbul olmuş namizədlərdən 19 nəfər müəyyən olunmuş müddətdə qeydiyyatdan keçmədiyi üçün bu onların yerləşdirildiyi ixtisas üzrə təhsil almaqdan imtina etməsi kimi qiymətləndirilib (bu namizədlər boş qalan yerlər üzrə keçirilən müsabiqəyə buraxılmırlar).

Boş qalan plan yerlərinə qəbul üçün ixtisas seçimi qəbul qaydalarının 4.1-ci və 4.2-ci bəndləri (bax: “Rezidentura” jurnalı №1, 2026, səh.3) nəzərə alınmaqla onlayn qaydada həyata keçirilir və həmin yerlərə müsabiqə yolu ilə yerləşdirmə aparılır.

Müsabiqədə iştirak etmək istəyən namizədlər linkə daxil olub ixtisas seçimi edə bilərlər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью