Modern.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
2025/2026-cı tədris ili üçün rezidenturaya qəbul planı ümumilikdə 778 yerdən ibarətdir.
Onlardan 71 yer Azərbaycan Tibb Universitetinin Hərbi tibb fakültəsinin məzunları üçün (Müdafiə Nazirliyi sistemi üçün 26, Ədliyyə Nazirliyi sistemi üçün 26, Daxili İşlər Nazirliyi sistemi üçün 2, Dövlət Sərhəd Xidməti sistemi üçün 15, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti sistemi üçün 2 yer) və 40 yer İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının məzunları üçün nəzərdə tutulub.
Bu barədə Modern.az-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib.
Bildirilib ki, İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının plan yerlərini yalnız həmin universitetin məzunları seçə bilərlər.
Azərbaycan Tibb Universitetinin Hərbi tibb fakültəsinin ayrı-ayrı dövlət orqanları üzrə nəzərdə tutulmuş plan yerlərini yalnız müvafiq dövlət orqanı üzrə siyahıya alınmış namizədlər seçə bilərlər.
Xatırladaq ki, rezidenturaya qəbul imtahanının II mərhələsində iştirak etmək üçün iyulun 22-dən qeydiyyat başlanıb.
Rezidenturaya qəbul olmaq üçün baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanında (I mərhələ) “məqbul” almış (40 və daha çox bal toplamış) və rezidenturaya qəbul olmaq hüququ olan namizədlər ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanında (II mərhələ) iştirak etmək üçün iyulun 30-dək (saat 23:59-dək) tələb olunan məbləği “Şəxsi kabinet”lərinin hesabına əlavə edib qeydiyyatdan keçməlidirlər.