sport24.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Rusiya Futbol İttifaqının (RFİ) baş katibi Maksim Mitrofanov Bakıya gəlib. FİFA prezidenti Canni İnfantino da Azərbaycandadır. Sport24.az "Championat" portalına istinadən xəbər verir ki, Azərbaycan paytaxtında rusiyalı funksonerlə ali futbol qurumunun rəhbərinin görüşü planlaşdırlır.
RFİ və FİFA rəhbərlərinin Rusiyanın əsas futbol yığmalarının beynəlxalq arenaya qayıtması perspektivlərini müzakirə edəcəkləri gözlənilir.
Qeyd edək ki, Rusiya milli komandaları və klubları 2022-ci ilin fevral ayından etibarən FIFA və UEFA tərəfindən bütün rəsmi beynəlxalq turnirlərdən qeyri-müəyyən müddətə uzaqlaşdırılıb. Bu qərar Rusiyanın Ukraynaya hərbi müdaxiləsi ilə əlaqədar qəbul olunub.