RFO nun final turunun nəticələri elan edildi

05.05.2026

Icma.az, Unikal.az portalına istinadən məlumat verir.

Biologiya və informatika fənləri üzrə Respublika Fənn Olimpiadalarının final turunun yekun nəticələri elan edilib.

"Unikal" xəbər verir ki, şagirdlər portal.edu.az platformasında şəxsi kabinetlərinə daxil olaraq yekun nəticələrlə tanış ola bilərlər.

Bütün iştirakçılara təşəkkür edir, qalib olan məktəblilərimizi təbrik edirik.

Qalib şagirdlərin adlı siyahısını təqdim edirik:

AYQ İnformatika

YYQ İnformatika

AYQ Biologiya

YYQ Biologiya


Bakıda Azərbaycan ilə Türkiyə arasında kütləvi qırğın silahlarından mühafizə sahəsi üzrə qabiliyyətlərin inkişaf etdirilməsi və bu sahədə dünyada cərəyan edən hadisələrin təqib edilməsi məqsədilə görüş keçirilib. 

"Unikal" xəbər verir ki, qonaqları ölkəmizdə görməkdən məmnunluğunu ifadə edən general-leytenant Azər Əliyev Azərbaycan və Türkiyə arasında qardaşlıq və dostluğa əsaslanan əlaqələrin hərbi sahədə də sürətlə inkişaf edərək strateji tərəfdaşlıq səviyyəsində möhkəmləndiyini qeyd edib.

Görüşdə bildirilib ki, qarşılıqlı səfərlər qlobal və regional inkişaf tendensiyaları nəzərə alınmaqla radiasiya, kimyəvi və bioloji mühafizə sahəsində fəaliyyətlərin davamlı şəkildə təhlilinə və ordularımızın potensialının ən yüksək səviyyədə saxlanılmasına mühüm töhfə verir.

Tərəflər həmçinin hərbi, hərbi-texniki və digər sahələrdə görülən işlərin cari vəziyyətini müzakirə edib, qarşılıqlı maraq doğuran mövzular ətrafında geniş fikir mübadiləsi aparıblar.


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью