Rheinmetall humanoid döyüş robotları hazırlayır: Onlar cəbhədə peyda ola bilər

18.11.2026

Icma.az, Qaynarinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Almaniyanın müdafiə sənayesi şirkəti “Rheinmetall” növbəti 15-18 ay ərzində insanabənzər döyüş robotlarının ilk prototiplərini təqdim etmək niyyətindədir. Hazırda konsern bu istiqamətə fəal şəkildə investisiya yatırır, robotun yuxarı hissəsi isə artıq hazırlanma mərhələsindədir.

Qaynarinfo xəbər verir ki, bu barədə “Hartpunkt” nəşri “Rheinmetall” şirkətinin rəhbəri Armin Pappergerlə müsahibəyə istinadən yazır.

Papperger bildirib ki, hazırda bir çox şirkət, məsələn, yaşlılar üçün nəzərdə tutulmuş müəssisələrdə istifadə edilən humanoid robotlar yarada bilir. Lakin robotun döyüş əməliyyatlarında iştirak etməli olması tamamilə fərqli məsələdir.

Qeyd olunur ki, bu cür sistemlərin orduda istifadə olunması üçün yüksək səviyyəli süni intellekt tələb edilir. Robotlar insanlarla ünsiyyət qurmaq və əməkdaşlıq etmək üçün kifayət qədər ağıllı olmalıdır.

Almaniyalı jurnalistlər hesab edirlər ki, belə robotların real istifadəsinə, böyük ehtimalla, 2030-cu illərdən tez nail olunmayacaq. Hələlik “Rheinmetall”ın hazırladığı humanoidlərin hansı tapşırıqları yerinə yetirə biləcəyi dəqiq məlum deyil.

Bununla yanaşı, “Defense Express” nəşri bildirir ki, hazırda dünyada insanabənzər robotların hazırlanması istiqaməti sürətlə inkişaf edir. Bu sahədə liderlərdən biri Çindir.

“Çinin “UBTECH Robotics” şirkəti humanoid robotların kütləvi istehsalına başlayıb və hər 10 dəqiqədə bir robot istehsal edir. Beləliklə, müəssisənin illik istehsal gücü 10 000 ədədi ötür. Ötən ilin sonunda “UBTECH Robotics” şirkətinin “Walker S2” robotlarının Çin-Vyetnam sərhədində, xüsusilə patrul xidməti və yüklərin yoxlanılması məqsədilə istifadə olunması üçün satın alındığı məlum olmuşdu”, – materialda xatırladılıb.

Eyni zamanda, Cənubi Koreyada humanoid robotlar üçün ixtisaslaşmış məlumat toplama mərkəzi açılıb. Layihə çərçivəsində robotlara gündəlik və sənaye tapşırıqlarını yerinə yetirmək öyrədiləcək. Əsas məqsəd robotların davranışlarını təhlil etmək və humanoidlərin funksionallığını təmin edən süni intellekt modellərinin səmərəliliyini artırmaqdır.

Cənubi Koreya vurğulayır ki, robotlar yalnız məişət xidmətlərinin kommersiya sektoru üçün nəzərdə tutulmayıb. Onlar həmçinin ağır və yüngül sənayedə, müdafiə sahəsində və kosmik yarışlarda istifadə oluna bilər.

“Defense Express” ekspertləri qeyd edirlər ki, döyüş təyinatlı insanabənzər robotların yaradılması layihələrinin həyata keçirilməsi üçün ən perspektivli yanaşma ikili təyinat konsepsiyasıdır. Bu yanaşmaya əsasən, humanoidlərin mülki məqsədlər üçün hazırlanmış funksiyaları tədricən cəbhədə də faydalı ola bilər.

Ekspertlərin fikrincə, ilkin mərhələdə belə robotlar döyüş əməliyyatlarına cəlb edilməyəcək. Onlardan daha çox logistika, minatəmizləmə və ya kəşfiyyat məqsədilə istifadə olunacağı ehtimal edilir.

Analitiklər hesab edirlər ki, bəzi humanoid robot prototipləri məhdud məkanlarda yaxın döyüş şəraitində sözdə kamikadze robotların yerini tuta bilər.

“Lakin döyüş təyinatlı humanoidlərin cəbhədə uğurla istifadəsinə gəlincə, ehtimal etmək olar ki, onlar da vaxtilə hərbi sahədə yerüstü robot komplekslərinin (YRK) keçdiyi oxşar inkişaf yolunu keçməli olacaqlar. Onlara döyüş modullarının inteqrasiyası ən azı bir neçə il tələb edəcək. Bu isə yalnız real döyüş əməliyyatlarında davamlı sınaqlar aparıldığı halda mümkün olacaq. Xatırladaq ki, “Foundation” şirkətinin “Phantom Mk1” robotu hazırda Ukraynada sınaqdan keçirilir”, deyə nəşrdə vurğulanıb.

Aydın

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью