Rheinmetall ilk yeni Lynx PDMini Kiyevə çatdırıb

08.01.2025

Apa.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Alman silah konserni “Rheinmetall” artıq Ukrayna Silahlı Qüvvələrinə ilk “Lynx” piyadaların döyüş maşınını təhvil verib.

APA xəbər verir ki, bu haqda UNİAN agentliyi məlumat yayıb.

Qeyd edək ki, ötən ilin iyun ayında “Rheinmetall”, Ukrayna hökuməti ilə strateji əməkdaşlığın genişləndirilməsi barədə memorandum imzaladığını açıqlamışdı.

“Rheinmetall” ilk dəfə 2018-ci ilin iyun ayında Parisdə keçirilən sərgidə “Lynx KF41” piyada döyüş maşınını ictimaiyyətə təqdim edib.

Texnika "Lance 2.0" idarə olunan döyüş qülləsi ilə təchiz olunub. PDM həmçinin 30 mm MK 30-2/ABM topu ilə silahlanıb və Spike LR2 tank əleyhinə raket buraxılış qurğusu ilə də təchiz edilə bilər.

“Lynx” geniş daxili yeri sayəsində üç ekipaj üzvü və doqquz hərbçini daşıya bilir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью