futbolpress-az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
“Sumqayıt” klubunun prezidenti Riad Rəfiyev “matc.az” və “sports.az” saytlarının rəhbərləri İxtiyar Əsgərov və Anar Şabanoğludan məhkəməyə şikayət edib.
Futbolpress.az xəbər verir ki, bir ay əvvəl həmkarlarımızdan Baş Prokurorluğa şikayət edən və bu addımı ilə qınaq obyektinə çevrilən klub rəhbəri bu dəfə məhkəmənin yolunu tutub.
Rəfiyevin bu müddət ərzində “daşı ətəyindən tökmək istəməyib Nərimanov Rayon Məhkəməsinə xüsusi ittiham qaydasında şikayət ünvanlamasına iradımız yoxdur, yəqin ki, hüquq-mühafizə orqanlarımız ədalətli qərar çıxaracaq və söz azadlığını boğmaq istəyən birinin yersiz istəyi baş tutmayacaq.
Məsələ burasındadır ki, Riad Rəfiyev məhkəməni yanıltmağa çalışır.
O, özünün “daha böyük funksioner” olduğunu göstərmək üçün məhkəməyə təqdim etdiyi şikayətində “xidmətini şişirtməkdən” çəkinməyib.
“Sumqayıt”a rəhbərlik etdiyi dövrdə komandasının “Çempionlar Liqasına yüksəldiyini” qeyd edib. Azərbaycan futbolunda bunu da görəcəkmişik.
“Sumqayıt” nə yatdı ki, nə də yuxu gördü?” “Yatmağına yatıb qaldığı vaxtlar az olmayıb, amma Riad bəyin “şirin yuxu”su heç vaxt çin olmayıb axı.