RIBA prezidenti AzMİUda qonaq olub FOTOLAR | Icma.az
Unikal.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
COP29 çərçivəsində ölkəmizdə səfərdə olan RIBA prezidenti Muyiwa Oki Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) qonaq olub.
Universitet rəhbərliyi ilə keçirilən görüşdə AzMİU ilə RIBA arasında mövcud əməkdaşlıq, onun nəticələri və gələcək perspektivlər geniş müzakirə olunub.
"Unikal" xəbər verir ki, AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova, RIBA-nın universitet üçün vacib bir tərəfdaş olduğunu vurğulayıb.
O, universitetin Memarlıq fakültəsinin bakalavr səviyyəsi üzrə RIBA akkreditasiyasından növbəti dəfə uğurla keçməsindən məmnunluğunu ifadə edib: "RIBA akkreditasiyası AzMİU-nun memarlıq təhsilində dünya standartlarına cavab verdiyini təsdiq edir və bu, universitetin beynəlxalq səviyyədə tanınmasında mühüm addımdır." Muyiwa Oki öz növbəsində AzMİU-nun nailiyyətlərini yüksək qiymətləndirərək, Bakı memarlığından təsirləndiyini bildirib: "Azərbaycan memarlığı, xüsusilə Bakı şəhərinin memarlıq mənzərəsi, zəngin ənənələri və müasir yanaşmaları özündə birləşdirir.
AzMİU isə bu irsi qoruyub saxlayan və inkişaf etdirərək gələcək nəsillərə ötürən aparıcı təhsil ocağıdır," - deyə RIBA prezidenti vurğulayıb.
AzMİU-nun Memarlıq layihələndirilməsi və şəhərsalma kafedrasının müdiri, eyni zamanda Azərbaycan Memarlar İttifaqının sədri professor Elbay Qasımzadə Azərbaycan memarlığının inkişaf tarixindən danışaraq, bu əməkdaşlığın milli memarlığın beynəlxalq müstəvidə tanıdılmasına verdiyi töhfələrdən bəhs edib.
Müzakirələrin Əsas Mövzusu: Magistratura Akkreditasiyası Görüş zamanı, RIBA-nın təkcə bakalavr səviyyəsində deyil, həm də magistratura səviyyəsində akkreditasiya prosesinin həyata keçirilməsi məsələsi müzakirə edilib.
Tam oxu
Xəbəri oxu