Riberi: “2013 cü ildə Messi və Ronaldo məndən üstün deyildi”

22.03.2025

Icma.az xəbər verir, Qol.az saytına əsaslanaraq.

"Bavariya"nın sabiq futbolçusu Frank Riberi 2013-cü ilin "Qızıl Top" mükafatından danışıb. 

QOL.az xəbər verir ki, bu barədə "L'Équipe" məlumat yayıb. O deyib: 

"Mükəmməl il idi. Mən onu daha yaxşı keçirə bilməzdim. Bu "Qızıl Top" həmişə haqsızlıq kimi qalacaq. Hələ buna bir izahat axtarıram. Başa düşə bilmirəm ki, niyə səsvermənin bitmə tarixi daha 2 həftə uzadılmışdı. Messi və Ronaldo həmişə mənə hörmətlə yanaşıblar. Bilirdilər ki, onların səviyyəsindəyəm. Hörmətlə deyirəm ki, 2013-cü ildə onlar məndən üstün deyildilər". 

Qeyd edək ki, həmin ilin "Qızıl Top" mükafatını Kriştiano Ronaldo qazanmışdı. Messi 2-ci, Riberi isə 3-cü yerdə qərarlaşmışdı. 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью