Riberi məşqçilik karyerasına başlayır

17.09.2026

Icma.az xəbər verir, Idman.biz saytına əsaslanaraq.

“Bavariya”nın sabiq futbolçusu Frank Riberi UEFA Pro lisenziyası üzrə təlimi başa vurduqdan sonra məşqçilik karyerasına başlamağa hazırlaşır.

İdman.Biz “Sky Sport”a istinadən xəbər verir ki, 43 yaşlı mütəxəssis İtaliyanın Koverçano şəhərindəki futbol mərkəzində təlim keçir. Riberinin məşqçilik karyerasına İtaliyada və ya xaricdə başlayacağı bildirilir.

Fransalı mütəxəssisin diplom işi “İstədiyim futbol - sürət axtarışında ənənə və innovasiya arasında” adlanır.

Qeyd edək ki, Riberi 2022-ci ildə İtaliyanın “Salernitana” klubunda bir mövsüm çıxış etdikdən sonra peşəkar futbolçu karyerasını başa vurduğunu açıqlayıb.

İdman.Biz
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью