Ribeyro “Araz Naxçıvan”la oyunda meydana çıxa biləcək

20.11.2026

Icma.az xəbər verir, Apasport saytına əsaslanaraq.

“Neftçi” Misli Premyer Liqasının XII turunda qarşılaşacağı “Araz-Naxçıvan”la matça hazırlığı davam etdirir.

Apasport.az xəbər verir ki, komanda bu gün “Palms Sports” Futbol Mərkəzində baş məşqçi Yuri Vernidubun rəhbərliyi altında növbəti məşqinə çıxıb.

“Turan Tovuz”la görüşdə qırmızı vərəqə alaraq iki oyunluq diskvalifikasiya edilən İqor Ribeyronun cəzası başa çatıb. Bu səbəbdən futbolçu qarşıdakı matçda komandasına kömək edə biləcək.

Qeyd edək ki, noyabrın 22-də Şamaxı şəhər stadionunda keçiriləcək “Araz-Naxçıvan” – “Neftçi” oyunu saat 14:30-da başlayacaq.

“Kəpəz” - “Qarabağ” matçının hakimləri bəlli olub Röyal Nəcəfov: “Ağır oyun oldu” “Kəpəz” – “Qarabağ” oyununa 500 bilet qalıb Ramiz Məmmədov: “Bu gün hamı üçün bayram idi” “Xankəndi” doğma arenada ilk oyununa çıxıb - YENİLƏNİB
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью