Icma.az xəbər verir, Idman.biz saytına əsaslanaraq. “İsveç millisinin hər mövqedə çox keyfiyyətli oyunçuları var”.
Bunu İdman.bizə Azərbaycan millisinin sabiq futbolçusu Riçard Almeyda deyib.
“Qarabağ”ın yarımmüdafiəçi bu gün Millətlər Liqasında səfərdə İsveçin qonağı olacaq yığmamızın şanslarını dəyərləndirib.
O bildirib ki, bu oyunda yaxşı nəticə qazanacağımıza inanır: “Səfərdən müsbət nəticə ilə qayıtmaq olar.
Bunu deməyə millinin son göstərdiyi oyunlar əsas verir. Nəticə olmasa da, komanda oyununda irəliləyiş hiss edilir.
Yığma son matçda yaxşı performans göstərdi. Ozan Can Kökçünü xüsusi qeyd edərdim. Heç vaxt millidə onun belə oynadığını görməmişdim.
Eyni zamanda, “Qarabağ”dan gedən futbolçular da özlərini yaxşı tərəfdən göstərdilər. Çox təəssüf ki, Elvin Cəfərquliyevi itirdik.
O, karyerasının ən yaxşı dönəmini yaşayır. İstənilən halda, milli komandanın İsveçdən uğurlu nəticə ilə dönəcəyinə ümid edirəm”.