Riçard Almeyda nəyə görə xoşbəxtdir?

21.02.2025

Icma.az xəbər verir, sport24.az saytına əsaslanaraq.

"Yenidən sizin yanınızda olmaq mənim üçün şərəfdir". Sport24.az xəbər verir ki, bu sözləri Braziliyanın "Primavero" klubuna keçən "Qarabağ"ın və Azərbaycan millisinin sabiq futbolçusu Riçard Almeyda sosial şəbəkə hesabında yazıb.

35 yaşlı yarımmüdafiəçi ölkəsinə qayıtdığı üçün xoşbəxt olduğunu vurğulayıb:
"Braziliyadan 16 il uzaq qaldıqdan sonra "Primavero"ya transfer oldum. Bunun üçün çox xoşbəxtəm və qürur duyuram".

Qeyd edək ki, 2012-2018-ci, 2019-cu və 2021-1025-ci illərdə "Qarabağ"da çıxış edən Almeyda 376 oyunda 64 qol vurub. Almeyda Premyer Liqada 254 (51 qol), ölkə kubokunda 31 (5 qol), avrokuboklarda 91 (8 qol) dəfə "Qarabağ"ın formasını geyinib. O, 9 dəfə Azərbaycan çempionu, 5 dəfə ölkə kubokunun qalibi adını qazanıb. Yarımmüdafiəçi 2017-2023-cü illərdə çıxış etdiyi Azərbaycan millisində 31 oyunda 3 qol vurub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью