Riçard Hoqland: Xəzər bölgəsində aparıcı ölkə kimi Azərbaycan öz vacib rolunu oynayacaq

29.01.2026

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Vaşinqton, 29 yanvar, AZƏRTAC

“Azərbaycan regionda çox möhəm ölkədir”. Bu sözləri AZƏRTAC-a açıqlamasında Xəzər Siyasət Mərkəzinin İdarə Heyətinin üzvü Riçard Hoqland deyib. O, ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılmış və Azərbaycanın da təsisçi üzvlərdən biri olduğu Sülh Şurasına böyük töhfə verə biləcəyini bildirib.

“Azərbaycan Xəzər bölgəsindəki kimi burada da möhkəm regional rol oynaya bilər. Bu, olduqca vacibdir. Azərbaycan C5-in üzvü seçildi və indi o, C6-dır. Ümid edirəm ki, Xəzər bölgəsində aparıcı ölkə kimi Azərbaycan öz vacib rolunu oynayacaq”,- deyə ekspert əlavə edib.

O, Sülh Şurasının hələ ilkin inkişaf mərhələsində olduğunu qeyd edərək onun əvvəlcə Qəzza zolağının yenidən qurulmasına kömək etmək üçün yaradıldığını deyib, lakin gələcəkdə münaqişələrin həlli ilə bağlı BMT-ni əvəzləmək niyyəti ilə bağlı siqnallar verildiyini əlavə edib.

Məlahət Nəcəfova

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью