Ricat Qarayev: Daha üst liqa klubuna da getmək olardı | Icma.az
Idman.biz saytından alınan məlumata görə, Icma.az bildirir. "Bəli "Flot"dan ayrıldım. Düzü, bu komandadan ayrılmağı düşünmürdüm.
Hər şey bir anda oldu. Klub maliyyə problem yaşandı. Sonradan mənə başqa klubdan təklif gəldi.
Düşündükdən sonra dəyərləndirmək qərarına gəldim". İdman.biz xəbər verir ki, bu sözləri Sportal.az saytına açıqlamasında Ricat Qarayev deyib
Polşada legioner həyatı yaşayan Azərbaycanın U-19 və U-21 yığmasının sabiq üzvü artıq yeni komandasına da qovuşub.
O, eyni liqada çıxış edən "Çarni Polanieç" klubunda oynayacaq.
Qarayev yeni komanda seçiminə və daha üst liqada oynamağın mümkünlüyündən bəhs edib: "Təbii ki, daha üst liqa klubuna da getmək olardı.
Amma müqavilən iyuna qədər olduğu üçün təzminat istəyirdilər.
Sonradan komandada maliyyə problemi oldu deyə, klub özü azad agent kimi buraxdı. İkinci Liqa klubuna getmək üçün gec idi.
Tam oxu
Xəbəri oxu