Riera “Ayntraxt”ın baş məşqçisi vəzifəsinə əsas namizəddir

28.01.2026

Idman.biz portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Hazırda Sloveniyanın “Çelye” klubunu çalışdıran ispan məşqçisi Albert Riera “Ayntraxt Frankfurt”un baş məşqçisi vəzifəsinə əsas namizəd olub.

İdman.Biz bildirir ki, bu barədə jurnalist Florian Plettenberq məlumat verib.

Mənbənin məlumatına görə, tərəflər arasında konkret danışıqlar aparılıb.

“Ayntraxt”ın idarə heyətinin üzvü Aksel Hellmann yeni baş məşqçi ilə bağlı suala belə cavab verib: “Biz son mərhələdəyik”.

Riera 2024-cü ilin yayından bəri Sloveniya klubuna rəhbərlik edir. Onun rəhbərliyi altında “Çelye” Sloveniya Kubokunu qazanıb. Bundesliqada 19 oyundan sonra “Ayntraxt”ın 27 xalı var və səkkizinci yerdədir.

İdman.Biz
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью