Icma.az, Fanat portalına istinadən məlumat yayır. UEFA Avropa Liqasının I təsnifat mərhələsində "Sabah"la üz-üzə gələcək "Selye" komandasını
Fanat.Az xəbər verir ki, ispaniyalı mütəxəssis oyunla bağlı belə danışıb: "Bakıda keçiriləcək ilk matç hər şeyi həll etmir.
Növbəti matç Selyedədir. Təbii ki, yaxşı oyun göstərmək istəyirik. Klub üçün ən vacib dövr elə başlanğıcdadır.
Bu ilk ay həlledici olacaq, çünki biz yenidən Avropa yarışlarının qrup mərhələsində oynamaq istəyirik.
Bu üç həftə ərzində oyun üslubumuzun mümkün qədər tez təkmilləşməsinə diqqət yetirmişəm.
Avropada oynamaq istəyirsinizsə, fərqli rəqibləri məğlub etməlisiniz.
Ötən mövsümlə müqayisədə start heyəti yaxşılaşdırmaq bizim üçün çətin olacaq, amma məqsədim komandanı təkmilləşdirməkdir.
Sistemimizdə özünü sübut edə biləcək oyunçular axtarırdıq və düşünürəm ki, buna nail olduq.