Olay.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
38 yaşlı müğənni Rihanna “Lady Dior” reklam kampaniyası üçün tamamilə çılpaq poza verib.
OLAY yazır ki, fotosessiyada onun Eysəp Rokki ilə münasibətindən olan qızı Roki də iştirak edib. Ötən ilin sentyabrında bir yaşı tamam olan qızcığaz anası ilə birlikdə kamera qarşısına keçib. Müğənninin əlində qızılı detallarla bəzədilmiş “Lady Dior” çantası olub.
Rihanna və qızı reklam kampaniyasında eyni zamanda uyğun geyimlərdə də görünüblər. Ana və qız qara dəri gödəkçələr geyinərək kamera qarşısına keçiblər.