Rihanna göz yaşlarına boğuldu VİDEO

19.02.2025

News24 saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

ASAPRocky g*llələnmə işində bütün ittihamlardan bəraət aldıqdan sonra andlı iclasçılara minnətdarlığını bildirib. 

News24.az Dailymail-ə istinadən bildirir ki, Rokki ilə iki övladı olan Rihanna qərar açıqlanarkən göz yaşlarına boğulub, Rokki isə qaçaraq onu qucaqlayıb.

38 yaşlı repçi məhkəmə zalını tərk edərkən münsiflərə “Hamınıza həyatımı xilas etdiyiniz üçün təşəkkür edirəm” deyib.

Onu da qeyd edək ki, günahı sübuta yetirilərsə, 24 ilə qədər həbs cəzası gözlənilən Rokki xoşbəxtliyini sevdikləri ilə bölüşüb.

Günel Məlikzadə

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью