Rihanna ilk dəfə üçünücü övladının üzünü göstərdi

25.09.2025

Icma.az, Baku.ws portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Üçüncü dəfə ana olan müğənni Rihanna qızı ilə bağlı paylaşım edib.

BAKU.WS xəbər verir ki, o övladının doğulmasından 12 gün sonra sosial şəbəkədə fotosunu paylaşıb.

Sənətçi qızının adını Roki Ayriş qoyub.

Rihanna üçünücü hamiləliyini ilin ən böyük moda hadisəsi "Met Gala"da elan etmişdi. O tədbirə uzun göy rəngli libası ilə qatılmışdı.

Qeyd edək ki, Rihannanın həyat yoldaşı tanınmış amerikalı reper, müğənni və prodüser ASAP Rokidir. Cütlük 2022-ci ildə ilk övladları dünyaya gəldikdən sonra birgə yaşamağa başlayıb, lakin rəsmi toy mərasimi keçirməyiblər.

Qalereya

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью