Rihanna uzun müddətdən sonra oğlu ilə görüntülənib

17.12.2024

Icma.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Müğənni və biznes xanımı Rihanna uzun müddətdən sonra oğlu RZA ilə paparatsilərə yaxalanıb.

Oxu.Az-ın məlumatına görə, şəkillər "Daily Mail" saytında dərc edilib.

Paparatsilər Rihannanı repçi A$AP Rocky və onların iki yaşlı oğlu RZA ilə birlikdə dekabrın 15-də Qərbi Hollivudda görüntüləyiblər. Məşhurlar mağazadan çıxarkən kameralara yaxalanıblar.

Son vaxtlar Rihannanın üçüncü uşağa hamilə olması barədə şayiələr yayılıb. O, hələ ki, yayılan xəbərlərə şərh verməyib, lakin sosial şəbəkələrdə müğənnini təbrik etməyə başlayıblar.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью