Rihannanın bu görünüşü müzakirələrə səbəb oldu FOTO

26.11.2024

Icma.az, Sfera.az portalına istinadən məlumat verir.

Müğənni Rihanna kosmetika brendi "Fenty Beauty"nin tədbirində üçüncü dəfə hamilə qalmaqda şübhəli bilinib.
Sfera.az xəbər verir ki, sözügedən şəkillər İnstaqramda yayılıb.
 

Rihanna qəhvəyi rəngli libasda ictimaiyyət qarşısına çıxıb. Pərəstişkarları libasda qarnının yuvarlaq olduğunu düşündüklərini vurğulayan müğənninin şəklini yan tərəfdən çəkiblər. Rihanna hələlik bu xəbərə münasibət bildirməsə də, sosial şəbəkələrdə insanlar müğənnini təbrik etməyə başlayıblar.
 

2020-ci ilin noyabr ayında Rihanna illərlə dostluqdan sonra reper A$AP Rocky ilə görüşməyə başlayıb. 2022-ci ilin yanvar ayında cütlük uşaq gözlədiklərini açıqlayıb. 2022-ci ilin may ayında müğənni və musiqiçi ilk dəfə valideyn olub.
İnci

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью