Rihannanın çempionat tərzi

21.07.2026

Olay.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Müğənni Rihanna və Eysəp Rokki futbol üzrə “FIFA” Dünya Çempionatının finalını romantik bir axşama çeviriblər.

OLAY yazır ki, ulduz cütlük Nyu-Cersi ştatının İst-Raterford şəhərində keçirilən möhtəşəm tədbirdən ayrılarkən görüntülənib. Onlar Argentina və İspaniya arasında keçirilən final matçını izləməyə gələn məşhurlar sırasında yer alıblar.

Rihanna idman gecəsi üçün “Vetements” brendinə məxsus şokolad rəngli köynək və “Aflalo” markasının bürünc tonlarında, orta belli qısa şort seçib. O, görünüşünü dizə qədər olan hündürdaban çəkmələrlə tamamlayıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью