Rihannanın keçmiş cangüdəninin başına pul qoyulubmuş: güllələndi

18.12.2024

Publika.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Dünyaca məşhur müğənni Rihannanın keçmiş cangüdəni Ceff Kitinq güllələnib.

Publika.az xəbər verir ki, bu barədə "The Sun" məlumat yayıb.

Məlumata görə, Ceff Kitinq Dublinin Finqlas ətrafında baş verən atışmadan sonra xəstəxanaya yerləşdirilib. O, ən azı bir güllə yarası alıb. Polis cinayəti törədənlərin ov tüfəngindən istifadə etdiyini güman edir.

Xəstəxanaya yerləşdirilərkən onun huşu özündə olmayıb, ancaq daha sonra polisə ifadə verib. Kitinq təhlükədə olduğunu deyib. O, başına pul qoyulduğunu iddia edib. Kitinqin dediyinə görə, onu "ovlayırmışlar". Cangüdən başı üçün 15 min avro vəd edildiyini bildirib.

Hazırda Kitinqin vəziyyəti stabildir və onun səhhəti üçün təhlükə yoxdur.

Polis faktla bağlı araşdırma aparır.

Qeyd edək ki, Ceff Kitinq illər əvvəl "Diamonds" adlı konsert turu zamanı Rihannanın cangüdəni kimi çalışıb.

Ləman

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью