Sportal.az saytından alınan məlumata görə, Icma.az bildirir.
"Şamaxı"nın portuqaliyalı qapıçısı Rikardo Fernandeş Misli Premyer Liqasının 11-ci turunda, bu gün “Sabah”a qarşı keçiriləcək oyunla bağlı fikirlərini Sportal.az saytına açıqlamasında bilidirib.
Fernandeş Azərbaycan çempionuna qarşı keçiriləcək oyunda uğurlu nəticəyə inandığını bildirib:
“Ötən turda “Sabah”dan sonra ölkənin ən güclü komandasına qarşı oynadıq. Sona qədər mübarizə apardıq, amma oyunun sonlarında buraxdığımız qolla uduzduq. Sadəcə xal qazanmaq üçün azlıqda idik. Öz oyunumdan razı deyiləm, çünki üç qol buraxdım. İndi Çempionlar Liqasında oynayan bir komanda ilə qarşılaşırıq. Daha yaxşı nəticə əldə etmək üçün əlimizdən gələni edəcəyik. "Sabah"dan xal ala bilərik. Onların üstün komanda olduğunu başa düşürük, bizim üçün çətin olacaq”.
Mirbağırağa
saytlarin hazirlanmasi