Rimas Kurtinaytis: Avrokubok ritmində oynadıq İdman və Biz

30.11.2024

Icma.az, Idman.biz portalına istinadən məlumatı açıqlayır.

"Oyunçularımın basketboldan həzz alaraq mübarizə aparması məni sevindirdi. Bu çox vacibdir".

İdman.biz xəbər verir ki, bunu "Sabah" basketbol klubunun baş məşqçisi Rimas Kurtinaytis deyib.

Litvalı mütəxəsssis NTD üzərində qazanılan 110:86 hesablı qələbəni şərh edib: "Düşünürəm ki, oyunumuzda bəzi məqamları düzəltməliyik. Heyətimizdə bəzi zədəli basketbolçular olsa da, şans qazanan oyunçularımız layiqli mübarizə apardılar. Bu gün avrokubok ritmində oynadıq. Liqanın inkişafı üçün sürətli oyunların sayı çox olmalıdır. Bu gün tempi aşağı salmadan mübarizə aparmağımızı bəyəndim”.

Qeyd edək ki, bütün oyunlarda qələbə qazanan "Sabah" lider möqeyində qərarlaşıb.

İdman.biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью