Rimas Kurtinaytis: “Həyatda asanlıqla nəsə əldə etdiyimi xatırlamıram”

15.05.2025

Icma.az, Idman.biz portalına istinadən məlumat yayır.

“Bizim üçün bunu etmək asan olmadı”.

Bunu İdman.biz-ə "Sabah" basketbol klubunun baş məşqçisi Rimas Kurtinaytis deyib.

Bu gün 65 yaşını qeyd edən təcrübəli mütəxəssis Azərbaycan Basketbol Liqasının final seriyasında "Neftçi"yə qalib gələrək çempion olduqları oyunu şərh edib. Kurtinaytis bildirib ki, son dövrlər Azərbaycan çempionatı inkişafdadır: “Ötən mövsüm qalib olmuşduq, bu dəfə də titulumuzu qoruyub saxladıq. Bu il əvvəlkindən daha çətin idi, çünki daha güclü amerikalılar var idi və yerlilər də kifayət qədər yaxşı çıxış etdilər. Bu da sadəcə bizim üçün yox, bütün komandalar üçün keçərli idi. Maraqlı və gərgin mövsüm keçirdik. Həyatda asanlıqla nəsə əldə etdiyimi xatırlamıram. Bu mövsüm də çətin idi, amma bacardıq”.

Qeyd edək ki, "Sabah" final seriyasındada 4-cü qələbəsini qazanaraq (4:2), ardıcıl 3-cü dəfə qızıl medallara sahib çıxıb və FIBA Çempionlar Liqasında oynamaq hüququ qazanıb.

Aytac Sahəd
İdman.biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью