Rimas Kurtinaytis ilk iki perioddan narazı qalıb

21.04.2025

Icma.az, Idman.biz portalına istinadən məlumat yayır.

"Qələbə qazandığımıza görə şadam".

İdman.biz xəbər verir ki, bunu "Sabah"ın baş məşqçisi Rimas Kurtinaytis "Sərhədçi" ilə oyundan sonra mətbuat xidmətinə açıqlamasında deyibş

Litvalı mütəxəssis Azərbaycan Basketbol Liqasının pley-off mərhələsi seriyasında qazanılan ikinci qələbəni şərh edib. O, müdafiədəki səhvləri xüsusilə vurğulayıb: "İlk 2 periodda 30 xallıq fərq yaratsaq da, növbəti 2 periodda komadanın sərgilədiyi oyundan razı qalmadım. Bu bizim işimizdir. Hesabdan asılı olmayaraq bunu yüksək səviyyədə görməliyik. Müdafiədə səhvlərimiz oldu. Hər oyundan nəsə öyrənməliyik. Nəticə çıxarmalıyıq".

Qeyd edək ki, "Sabah" "Sərhədçi"yə 100:77 hesabı ilə qalib gələrək, yarımfinala yüksəlib.

İdman.biz

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью