RİNN in qurumuna yeni direktor təyin edilib

24.02.2026

Apa.az saytına istinadən Icma.az xəbər verir.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (RİNN) tabeliyində İnformasiya-Kommunikasiya Texnologiyalarının Tətbiqi və Tədrisi Mərkəzinin (İKT LAB) direktoru Etibar Ağamalıyev vəzifəsindən azad edilib.

"APA-Economics" xəbər verir ki, onun yerinə Zibeydə Bayramova qurumun direktoru vəzifəsinə təyin olunub.

Qeyd edək ki, Z.Bayramova bundan öncə Nazirlikdə Təlim və İnkişaf departamentinin rəhbəri olub. O, eyni zamanda 2021-2022-ci illərdə ASAN İnnovativ İnkişaf Mərkəzinə rəhbərlik edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью