RİNNnin kollektivi Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib FOTO

12.12.2024

Avtosfer portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin kollektivi müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin vəfatının 21-ci ildönümü ilə bağlı Fəxri xiyabanı ziyarət edib.

Avtosfer.az nazirliyin məlumatına istinadla xəbər verir ki, Ümummilli Liderin xatirəsi ehtiramla yad edilib, məzarı önünə əklil və gül dəstələri qoyulub.

Ulu Öndərin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim akademik Zərifə xanım Əliyevanın da məzarı üzərinə güllər düzülüb.

Tanınmış dövlət xadimi Əziz Əliyevin və professor Tamerlan Əliyevin də xatirələri yad edilib, məzarları üstünə gül dəstələri qoyulub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью