Rinoplastika etdirən aktrisanın burnu qaraldı FOTOLAR

23.04.2025

Azvision saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

"Çinli aktrisa Qao Liu Quançjoudakı "She's Times" klinikasında uğursuz rinoplastika əməliyyatının qurbanı olub. Əməliyyatdan sonra onda toxuma nekrozu yaranıb - qan dövranı pozulduğundan burnunun ucu qaralmağa başlayır. Onun təcili xəstəxanaya yerləşdirilməsinə və bir neçə rekonstruktiv əməliyyata baxmayaraq, burun zədələnmiş halda qalıb",- nəşr yazıb.
Qeyd edilib ki, əməliyyatı həyata keçirən cərrah He Min təkbaşına plastik əməliyyat keçirmək üçün lazımi kvalifikasiyaya malik olmayıb. Klinika və həkim cərimələnsə də, tezliklə məlum olub ki, həmin komanda eyni ünvanda qeydiyyatda olan yeni adla fəaliyyətini davam etdirir.


Tural Tağıyev
AzVision.az
Qalereya
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью