Rinqlərdən cəbhəyə, çempionluqdan Zəfərə

08.11.2026

futbolpress-az saytına istinadən Icma.az xəbər verir.

Azərbaycanın qəhrəman xüsusi təyinatlısı, boks üzrə beynəlxalq turnirlərin qalibi Cavid Həsənov “Futbolpress.az” oxucuları üçün həyat hekayəsini danışıb.

Cavid Sahib oğlu Həsənov 1988-ci il aprelin 23-də Zərdab rayonunun Otmanoba kəndində anadan olub. Uşaqlıq illərindən idmana böyük maraq göstərdiyini bildirən həmsöhbətimiz məhz böyük qardaşının məsləhəti ilə boks növünü seçdiyini qeyd edib:

O, uşaqlıq illərindən idmana böyük maraq göstərdiyini və böyük qardaşının məsləhəti ilə boks növünü seçdiyini bildirib:

“Mən Həsənov Cavid Sahib oğlu 1988-ci ildə 23 aprelində Zərdab rayon Otmanoba kəndində anadan olmuşam. Uşaqlıq çağlarımdan idmana daha çox böyük həvəsim olub və böyük qardaşımın belə deyək də məsləhəti ilə boks idman növünü seçdim. 1999-cu ildən artıq boks idman növünü öyrənməyə başladım. İlk şəxsi məşqçim də Azərbaycanın tanınmış məşqçilərindən biri Şamil Əlimzanov olub. Onun oğlu, şəxsi məşqçim İlham Əlimzanov ilə bərabər artıq idman həyatına başladım”.

Uğurlu boks karyerasından danışan veteran idmançı ölkə daxilində və beynəlxalq arenada qazandığı nailiyyətləri xatırladıb:

“Artıq 2000-ci illərdə mən Bakı çempionu oldum və Bakı çempionatını qazandıqdan sonra Respublika birinciliyinə yollandım və Respublikada dəfələrlə birinci yer, ikinci yer, üçüncü yerlərə layiq görülmüşəm. Bir çox beynəlxalq turnirlərin iştirakçısı olmuşam, həm qalibi olmuşam. 2013-cü ildə Rusiya Federasiyasının Moskva şəhərində keçirilən hərbçilər arasında beynəlxalq turnirin həm boks üzrə qalibiyəm. Hərbçilər arasında da bir çox çoxnövçülük üzrə yarışlarda iştirakçısı olmuşam və ölkəmizin bayrağını tam məsuliyyətimlə və şərəfimlə təmsil etmişəm”.

İdmançı həyatını hərbi xidmətlə paralel davam etdirən Cavid Həsənov Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrində keçirdiyi illərdən və qazandığı statusdan söz açıb:

“İdmançı həyatımla yanaşı bilirsiniz ki, xüsusi təyinatlı sıralarında xidmət etmişəm 15 ildən yuxarı və bir Azərbaycan xüsusi təyinatlısı olaraq Füzuli şəhərindən Şuşa şəhərinə qədər döyüş yolu keçmişəm və Şuşa şəhərində yaralanmışam. III qrup Qarabağ əliliyəm hazırda”.

Hazırda sağlamlıq imkanlarının məhdud olmasına baxmayaraq, ictimai fəaliyyətini davam etdirdiyini vurğulayan qazi gənclərə tövsiyələrini də çatdırıb:

“Əlil olmağıma baxmayaraq bugünkü gündə Azərbaycan cəmiyyətinə, Azərbaycan gəncliyinə və Azərbaycan idmanına bacardığım qədər töhfə verməyə çalışıram. Gənclər və İdman Nazirliyi ilə bərabər təşkil olunmuş festivallarda, hansısa bir düşərgələrdə gənclərimizin daha sağlam böyüməsi uğrunda bilik və bacarıqlarımdan istifadə edirəm. Bilirsiniz ki, bir xüsusi təyinatlı olmaq üçün də birinci növbəli bir xüsusi təyinatlı hərbi qulluqçusundan tələb olunan əsas amillərdən biri də idmandır. Bu həm turnikdə çəkinmədir, həm jimdir, həm qaçışdır. Çünki bir xüsusi təyinatlı fiziki hazırlığı yerindədirsə, Azərbaycanın elita sayılan xüsusi təyinatlı qüvvələrdə xidmət edə bilər. Mən də buna görə həmişə idmanı sevirəm və gənclərimizə də tövsiyəm odur ki, həmişə sağlam yaşasınlar, pis vərdişlərdən uzaq olsunlar və idman edib daha sağlam yaşasınlar. Gələcəyimiz sağlam olsun”.

Ayxan Zayıdzadə

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью