Rio de Janeyro məhkəməsi futbolçu Jersonun əmlakını müsadirə edə bilər | Icma.az
Idman.biz portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Rio-de-Janeyro şəhər meriyası “Kruzeyro”nun yarımmüdafiəçisi Jersona qarşı ödənilməmiş 54.000 Braziliya realı (8.650 avro) məbləğində vergi iddiası qaldırıb.
İdman.Biz ESPN-ə istinadən məlumatına görə, oyunçu bu məbləği ödəməsə, onun Braziliyadakı hesabları və əmlakı müsadirə oluna bilər.
Daha əvvəl mətbuatda “Flamenqo”nun da braziliyalıya qarşı iddia qaldırdığı və ondan 42,7 milyon realdan (6,5 milyon avro) çox məbləğdə məhkəməyə verməyi planlaşdırdığı bildirilirdi.
Nəşr oyunçunun atası və agenti ilə əlaqə saxlamağa çalışsa da, buna nail ola bilməyib.
İdman.Biz Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Tam oxu
Xəbəri oxu