Rio Ferdinand Ronaldunun müdafiəsinə qalxdı

02.10.2026

Idman.biz saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

“Mançester Yunayted”in sabiq müdafiəçisi Rio Ferdinand Kriştianu Ronaldunu müdafiə edib. 41 yaşlı hücumçunun baş məşqçi Jorje Jezuşla yaşadığı münaqişə səbəbindən Portuqaliya millisinin düşərgəsini tərk etməsindən sonra Ferdinand onun haqqında fikirlərini bölüşüb.

İdman.Biz xəbər verir ki, Rio Ferdinandın fikirlərini Britanita mətbuatı dərc eüdib.

“Ronaldudan əvvəl Portuqaliya harada idi? Onlar ümumiyyətlə nə etmişdilər? Heç olmasa, turnirlərə vəsiqə qazana bilirdilərmi? Nəyisə qazanmaqlarını demirəm belə.

Məni əsəbiləşdirən odur ki, bir çoxları onu son üç-dörd ildəki çıxışlarına əsasən qiymətləndirir. O, yaşında olan futbolçu üçün hələ də fantastik statistikaya sahibdir. Bunun hansı liqada baş verməsinin heç bir əhəmiyyəti yoxdur – bu göstəricilər onsuz da heyrətamizdir”, – deyə Ferdinand bildirib.

İdman.Biz
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью