Ris Ceyms yenidən zədələnib İdman və Biz

21.11.2024

Idman.biz saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Çelsi”nin futbolçusu Ris Ceyms yenidən zədələnib.

İdman.biz xəbər verir ki, bunu İngiltərə klubunun baş məşqçisi Entso Mareska açıqlayıb.

Mütəxəssis bildirib ki, müdafiəçi zədə üzündən qarşıdakı oyunu buraxacaq: “Təəssüf ki, Ris özündə kiçik narahatçılıq hiss etdi. Biz bu oyunda risk etmək istəmirik. Ümid edirəm ki, Ris tezliklə heyətə qayıdacaq”.

Qeyd edək ki, “Çelsi” Premyer Liqanın qarşıdakı turunda “Lester”in qonağı olacaq. Matç noyabrın 23-də baş tutacaq.

İdman.biz

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью